Ukrayna parlamentinə ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmasını nəzərdə tutan qərar layihəsi təqdim edilib.
Baki-xeber.com xəbər verir ki, qərar mətnində Rada millət vəkillərinin "Ukraynanın MDB-dəki statusunun qanuni olub ya da olmadığı"na səs verəcəkləri bildirilir.
Qərar layihəsində Ukraynanın MDB qurucusu və üzvü olduğu, ancaq daha sonra MDB nizamnaməsini qəbul etmədiyi üçün ölkənin MDB-nin tam üzvü olmadığı qeyd edilir. Ancaq bununla belə, bu günə qədər Ukraynanın MDB ilə əməkdaşlığının bu ölkənin qanunlarına zidd olmadığı bildirilir.
Kiyev hökuməti MDB ilə iqtisadiyyat, təhlükəsizlik və humanitar sahələri əhatə edən razılaşmalara imza atıb. Ancaq ölkə, MDB-nin ortaq müdafiə kimin bəzi layihələrinə qatılmayıb.
TAHİR