Rusiya “Admiral Kuznetsov” təyyarə gəmisindən ilk dəfə bir müharibədə istifadə etməyə başlayıb.
Baki-xeber.com xəbər verir ki, Rusiya müdafiə naziri Suriyadakı İŞİD hədəflərini raketlərlə hədəfə aldıqlarını deyib. O bildirib ki, “Admiral Kuznetsov” gəmisindən qalxan təyyarələrin Rusiya tarixində ilk dəfə bir müharibəyə qatılıb. Döyüş təyyarələrinin hədəfində isə İdlib və Humusdakı “Nusra Cəbhəsi” yaraqlıları olub.
Nazir onu da bildirib ki, Suriya üzərində bundan sonra yalnız “Admiral Kuznetsov” gəmisindən qalxan təyyarələr uçacaq.
Prezidenti Vladimir Putin isə müdafiə naziri Sergey Şoyquya Tartus şəhərindəki donanma bazası və Hmeymim bazasındakı Rusiya hərbi qüvvələrini qorumaq əmri verib.
Suriyada Əsəd rejimini qoruyan Rusiya, son aylarda sözügedən ölkəyə böyük hərbi qüvvə toplamağa başlayıb. Suriyadakı Rusiya bazasının daimi olaraq burada qalmasına qərar verən Moskva rəhbərliyi, Suriyaya S-300 raketdən müdafiə sistemi yerləşdirib və bir çox döyüş gəmisini də Qara dənizdən Aralıq dənizinə göndərir.
Rusiyanın yeganə təyyarə gəmisi “Admiral Kuznetsov” və onunla bərabər nüvə raketləri daşıyan döyüş gəmiləri, ötən ayın ortasında Şimali dənizindən yola çıxaraq Suriyaya gedib.
TAHİR