Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada və Şimali Qafqazda terror hazırlayan 5 nəfər İŞİD üzvünü saxlayıb.
Baki-xeber.com-un xəbərinə görə, onlardan 5 odlu silah, 2 əldədüzəlmə partlayıcı və 10 kiloqram trotil aşkarlanaraq müsadirə edilib. FTB-dən verilən açıqlamada onların Moskvada və Şimali Qafqazda terror törətmək niyyətində olduqları təsdiqlənib.
Xatırladaq ki, ötən gün Moskva və Sankt-Peterburq şəhərlərində hücum planlaşdıran daha 10 nəfər orta asiyalı saxlanıb.