“Wikileaks” saytının qurucusu Julian Assanj Ekvadorun London səfirliyində barəsidə qaldırılan təcavüz iddiaları ilə bağlı sorğuya çəkilib.
Baki-xeber.com-un xəbərinə görə, sorğuda isveçli prokuror Ingrid Isgren və İsveç polis müfəttişliyindən Cecilia Redell iştirak edib. Assanjın İsveçli vəkili Pyer Samuelson verdiyi açıqlamada müvəkkilinin "nəhayət İsveçli hakimlərə ifadə vermə fürsəti yaxalamasından çox məmnun olduğunu" bildirib. "Assanj bunu 6 ildən çoxdur gözləyir. Hər şey diqqətlə hazırlandı ve əlindən gəldiyi qədər işbirliyi edəcək"- deyə o bildirib.
Açıqlamada o da qeyd olunur ki, Assanjın sorğulanması bitdikdən sonra ekvadorlu yetkililer tərəfindən hazırlanaraq yazılı şəkildə İsveçli hakimlərə təqdim olunacaq.
Digər tərəfdən səfirliyin binası önünə toplaşan bir qrup şəxs Assanjın səfirlikdən əngəlsiz çıxa bilməsi üçün seçki kampaniyası dönəmində “Assanja aşıqəm” deyən Trampdan dəstək istəyib.
Qeyd edək ki, “Wikileaks”in seçki ərəfəsində prezidentliyə digər namizəd Hilları Klintonla bağlı bəzi sənədləri mətbuata sızdırması nəticələrə təsirsiz ötüşməyib. Tramp isə bununla Assanjın “demokratiyaya töhfə verdiyini” bildirib.