Ukrayna Parlamentində millətçi Radikal Partiya sədri Oleq Lyaşko ilə Rusiyaya yaxınl;ğı ilə tanınan müxalifət blokunun rəhbəri Yuri Boyko yumruq davasına çıxıb.
Baki-xeber.com xəbər verir ki, Oleq Lyaşko parlamentdə bir toplantıda Boyko kimi siyasətçilərin Moskvadan təlimat aldıqlarını, digər bəzi siyasətçilərin isə Brüsseldən təlimat aldıqlarını deyib: “Boyko kimilər rahatca niyə Moskvaya gedə bilir? Niyə hələ də həbsdə deyillər”.
Bu sözlərdən sonar Boyko, sakitcə yerindən qalxaraq ani bir şəkildə Lyaşkonun üzünə yumruq vurub və “əsl sən niyə həbsxanada deyilsən, heyvan” - deyə qışqırıb. Digər millət vəkilləri isə iki siyasi lideri aralayıb.