Avropa Parlamentinin başçısı Martin Şults Türkiyədə edam hökmünün bərpası ilə bağlı gedən müzakirələrə münasibət bildirib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, Şults deyib ki, edam hökmü qüvvəyə minərsə, Türkiyənin Aİ üzvlüyünə namizədliyi bitər. Şults bildirib ki, edam hökmünün bərpası qırmızı cizginin aşılmasıdır və bu cizginin keçilməyəcəyinə ümid edir. Türkiyə ilə münasibətlərin davam etməsində maraqlı olduğunu bildirən Şults deyib ki, əks halda qurumun müxalifət və gözaltına alınanlara yardım etmə şansı qalmaz.