ABŞ prezidentliyi uğrunda seçkilərdə Respublikaçılar partiyazının namizədi Donald Trampa uduzan Demokratların namizədi Hillari Klinton məğlubiyyətində FTB-ni ittiham edib.
CNN-in xəbərinə görə, bu barədə o, Demokratlar partiyasına seçki kampaniyası üçün maliyyə dəstəyi göstərənlərlə görüşündə bildirib. O deyib ki, FTB başçısı Ceyms Komeyin seçkilərə sayılı günlər qaldığı zaman elektron poçt qalmaqalı ilə bağlı istintaqı yenidən başladacağı barədə ABŞ Konqresinə məktub göndərməsi seçkilərin nəticələrinə əsaslı şəkildə təsir edib.
Klinton onu da deyib ki, Trampın qadınlar barədə aşağılayıcı sözlər söylədiyi videonun ortaya çıxması ilə rəqibi ciddi şəkildə reytinq itirdiyi halda Ceyms Komeyin Konqresə məktub məsələsini gündəmə gətirməsi onun köməyinə çatıb.
Xatırladaq ki, noyabrın 8-də keçirilən seçkilər nəticəsində ABŞ-ın 45-ci prezidenti respublikaçı Donald Tramp olub.
baki-xeber.com