Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsinin ardından Rusiyadan diqqət çəkən bir açıqlama gəlib.
Baki-xeber.com xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilk dəfə seçki kampaniyası zamanı Donald Trampın adamları ilə təmas qurduqlarını açıqlayıb.
“İnterfaks” açıqlama verən Ryabkov bunun işlə bağlı olduğunu deyib: "Trampın admları ilə təmas seçki kampaniyası əsnasında quruldu. Bunlar iş təmasları idi və bunların davam edib-etməyəcəyi qarşıda duran məsələlərə bağlıdır. Ancaq hazırda heç bir təmasımız yoxdur".