Moskva və Sankt-Peterbur şəhərlərində silsilə "terror aktları" hazırlamaqda şübhəli bilinən Mərkəzi Asiya vətəndaşları saxlanılıb. Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti bildirir.
Operativ-axtarış əməliyyatı nəticəsində 10 nəfərdən ibarət qrupun saxlanıldığı qeyd olunur.
Məlumata əsasən şübhəlilər özünü İslam Dövləti adlandıran qruplaşmanın liderlərilə əlaqədə olduğunu etiraf ediblər.
İstintaq qrup üzvlərinə məxsus 4 partlayıcı qurğunun müsadirə olunduğunu bildirir. Axtarış vaxtı həmçinin silah və rabitə sistemləri də aşkar olunub.