ABŞ Maliyyə Nazirliyi Serbiyadan ölkənin yeganə neft emalı zavodu olan NIS şirkətindən rus səhmdarların tamamilə çıxarılmasını tələb edir.
Bu barədə açıqlama verən Serbiyanın energetika naziri Dubravka Çedoviç-Handanoviç ABŞ-ın bu məsələdə israr etdiyini deyib.
AFP-nin məlumatına görə, nazir bildirib ki, ABŞ administrasiyası ilk dəfə olaraq açıq və birmənalı şəkildə Rusiya səhmdarlarının tamamilə dəyişdirilməsini tələb edib.
Vaşinqton bu məsələni həll etmək üçün Belqrada 13 fevrala qədər vaxt verib. NIS-in 44,9 faizi "Qazprom Neft"ə, 11,3 faizi "Qazprom"a, Serbiya hökuməti isə 29,9 faiz paya malikdir. ABŞ yanvar ayında NIS-ə qarşı sanksiyalar elan edib və bir neçə təxirə salmadan sonra 9 oktyabrda sanksiyaların tətbiq edildyi açıqlanıb. Belqrad administrasiyası rus səhmdarları səhmlərini təhvil verənə qədər sanksiyaların dayandırılmasını tələb edib, lakin Vaşinqton bu tələbi rədd edib.
TAHİR