Rusiya XİN sözçüsü Zaxarova NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunu gücləndirməsinə münasibət bildirib.
Rusiyanın NATO ölkələrinə hücum etmək niyyətində olmadığını deyən Zaxarova, NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunu gücləndirməsinə diqqət çəkib və bildirib ki, buna qarşı lazımi tədbirlər görülür. XİN sözçüsü Rusiyanın istənilən ssenariyə hazır olduğunu bildirib.
Zaxarova vurğulayıb ki, NATO Rusiyaya hücum edərsə, ona qarşı bütün mövcud vasitələrdən istifadə edəcəklər.
TAHİR