Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti Zelenskiyə müraciət edərək, onun "mülki əsirlər" siyahısına daxil edilməsini tələb edib.
İki illik klinik müalicədən sonra həbsxanaya qaytarılan siyasətçi bu müraciəti öz Facebook səhifəsində paylaşıb. Saakaşvili Ukrayna vətəndaşı olduğunu vurğulayıb və 2022-ci ilin mart ayında onu zəhərlədiyini iddia etdiyi eyni personala təhvil verildiyini qeyd edib.
"Mən Ukrayna vətəndaşıyam və sizin rəhbərliyi altında işləmək şərəfinə nail oldğum Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədriyəm. Sizdən 2019-cu ildə qanunsuz olaraq alınan vətəndaşlığımı bərpa etdiyiniz kimi, məni də Odessa Vilayət Dövlət Administrasiyasının keçmiş rəhbəri və Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri və Gürcüstanın Rusiyapərəst rejimi tərəfindən qanunsuz olaraq saxlanılan biri kimi bu savaşın mülki hərbi əsirlər siyahısına, bütün hüquqi nəticələrlə birlikdə daxil etmənizi xaiş edirəm" – deyə Saakaşvili müraciətində bildirib.
TAHİR