Avropada quş qripi kabusu yaşanır. Artıq İrlandiya, İngiltərə və Fransa kimi ölkələr milyonlarla quşu qapalı yerlərdə saxlama qərarı qəbul edib. Avropada ölümcül quş qripi hallarının artması hökumətləri ciddi addımlar atmağa vadar edib. Çox vaxt "quş qripi" adlanan yüksək patogenli quş qripi (HPAI) son illərdə yüz milyonlarla quşun ölümünə səbəb olub. Virusun bu il ABŞ-da südlük inəklərə yayılması isə ərzaq tədarükündə pozuntulara, qiymət artımlarına və insanlara yoluxma riskinin yüksəlməsinə gətirib çıxarıb. Avropa İttifaqının 27 üzv ölkəsindən 15-də bu mövsüm təsərrüfatlarda quş qripi hadisələri qeydə alınıb.
Mətləb