Türkiyənin yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb. Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyindən bildirilib ki, yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb.
Qəza nəticəsində təyyarə pilotu həlak olub.
Bundan əvvəl isə nazirlik təyyarə ilə radio əlaqəsinin kəsildiyini bildirib. Qeyd edilib ki, Nazirliyin Təsərrüfatı Baş İdarəsinə məxsus iki "AT8022 yanğınsöndürmə təyyarəsinin texniki baxış üçün Xorvatiyaya uçub.
Nazirlik qeyd edib ki, iki təyyarə planlaşdırılan texniki baxış çərçivəsində Çanaqqaladan Xorvatiyanın Zaqreb şəhərinə yola düşüb, lakin əlverişsiz hava şəraiti səbəbindən Reyka Hava Limana enib: "Təyyarə bu gün Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yenidən havaya qalxıb və əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb. Təyyarələrimizdən biri geri dönüş zamanı Reyka Hava Limanına eniş edib, digər təyyarə ilə radio əlaqəsi Türkiyə vaxtı ilə saat 18:25-də kəsilib".
ZÜMRÜD