Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə planlaşdırılan zirvə görüşünü ləğv etməsinin arxasında "gizli hesabatların" dayandığını iddia edib.
Lavrov İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bu xəbərlərin mənbəyini bilmədiyini deyib. “Lakin sizə məsuliyyət daşıdığım konkret faktlar təqdim etdim. "Rusiyanın danışıqlara hazır olmaması" kimi əsassız iddialara isə cavab verməyəcəyəm" – deyə Lavrov bildirib.
ZÜMRÜD