“Qaxariya – Gürcüstan Naminə” partiyasının sədri, Gürcüstanın sabiq baş naziri Qiorqi Qaxariya barəsində həbs qətimkan tədbiri seçilib. Qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin olunub.
Qiorqi Qaxaria Gürcüstanda deyil və barəsində həbs qərarı qiyabi şəkildə çıxarılıb. Müdafiə tərəfi isə Qaxariaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. Vəkilin sözlərinə əsasən, “Çorçana işi, Gürcüstan dövlətinin konkret insanların əli ilə və konkret alətlərdən istifadə edilməklə öz milli maraqlarına, ərazi bütövlüyünə və suverenliyinə qarşı hərəkət etdiyi tarixi işdir”.
Gürcüstan Prokurorluğu sabiq baş nazir Qiorqi Qaxariyaya qarşı cinayət təqibi başladıb. Prokurorluğun məlumatına əsasən, iş 2019-cu ilin 20-21 iyun və Çorçana epizodları ilə bağlıdır.
TAHİR