Braziliya Prezidenti Luis İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampla Braziliya mallarına tətbiq edilən ABŞ tariflərinin yenidən nəzərdən keçirilməsi üçün telefon danışığı aparmağa hazırlaşır. CNN-in yaydığı məlumatda qeyd edilir ki, Braziliya Prezidenti tariflərin yenidən baxılması ilə bağlı danışıqları sürətləndirmək niyyətindədir. Daha əvvəl, 12 noyabrda Braziliya xarici işlər naziri Mauro Vieyra və ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirmək barədə razılığa gəliblər. Danışıqlar bu gün Vaşinqtonda keçiriləcək.
Mətləb