ABŞ-ın dövlət katibi Marko Rubio Kanadanın Ontario şəhərində keçirilən G7 xarici işlər nazirlərinin görüşünün ardından jurnalistlərə verdiyi açıqlamada Suriya barədə danışıb. O qeyd edib ki, Suriyaya xarici yardımın dayandırılması onu tam vətəndaş müharibəsinə sürükləmək və ölkənin nəzarətsiz əraziyə çevrilməsi təhlükəsi yaradır. SİTAT: "Biz onların (suriyalıların – red.) uğur qazanması üçün hər cür fürsət yaratmaq istəyirik. Əks halda, Suriyanın tam vətəndaş müharibəsinə düşəcəyini və nəzarətsiz əraziyə çevriləcəyini görəcəksiniz”.
Mətləb