Çikaqo Federal Məhkəməsinin andlıları çərşənbə günü "Boeing" şirkətini 2019-cu ildə Efiopiyada "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan BMT-nin ətraf mühit üzrə əməkdaşı Şikha Qarcın ailəsinə 28 milyon dollardan çox təzminat ödəməyə məhkum ediblər.
Bu barədə "Reuters" xəbər yayıb. Xəbərdə deyilir ki, faizlə birlikdə ailə ümumilikdə 35,85 milyon dollar alacaq. İddiada bildirilirdi ki, "737 MAX" təyyarəsi qüsurlu şəkildə layihələndirilib və "Boeing" sərnişinləri və ictimaiyyəti onun yaratdığı təhlükə barədə xəbərdar etməyib. Ailənin vəkillərinə istinadən qeyd olunub ki, məhkəmə qərarı "Boeing"in qanunsuz davranışına görə ictimai məsuliyyət daşımasını nəzərdə tutur. Vəkillərin sözlərinə görə, "Boeing" bu qərara qarşı apellyasiya şikayəti verməyəcək.
Mətləb