Almaniyanın yeni hökumət koalisiyası ukraynalı qaçqınları üzən qərar qəbul edib. Nüfuzlu Bild nəşrinin yazdığına görə, qərara əsasən Almaniyada sığınacaq tapan ukraynalı qaçqınlara verilən sosial ödənişlər azaldılacaq. Məlumata görə, CDU/CSU və SPD partiyaları 2025-ci il aprelin 1-dən sonra Almaniyaya gələn ukraynalıların statusunu dəyişdirərək onları "sığınacaq axtaranlar" kateqoriyasına daxil etmək barədə razılığa gəliblər. Bu dəyişiklik nəticəsində həmin şəxslər indiyədək aldıqları 653 avroluq əsas yardım əvəzinə cəmi 196 avro sosial ödəniş alacaqlar. Hökümət bu qərarını dövlətin maliyyə yükünü və miqrant axınını azaltmaq niyyəti ilə izah edir. Nəşrin yazdığına görə hökümətin bu qərarı artıq təkcə ukraynalı qaçqınların deyil, eləcə də Almaniyadakı müxtəlif ictimai qurumların da etirazı ilə qarşılanıb.
Mətləb