Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkəsinin Rusiya taxılı əvəzinə Ukrayna taxılını seçərək Moskvadan "qurtulmağı" planlaşdırdığı barədə məlumatların yalan olduğunu bildirib.
İddia Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) tərəfindən irəli sürülüb.
Paşinyan mətbuat konfransında bu iddianı rədd edib: "Bu, ola bilməz. Bu, tamamilə cəfəngiyatdır".
Rusiya kəşfiyyatı iddia edir ki, Ermənistan Rusiya taxılını daha bahalı Ukrayna taxılı ilə əvəz etməyi planlaşdırır və onu Avropa Birliyinin vəsaitləri hesabına almaq niyyətindədir. Bildirilir ki, bu şəkildə Brüsselin Ukraynanı dəstəkləməyi və Rusiya-Ermənistan münasibətlərini pozmağı planlaşdırır.
Prezidentin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya Ermənistanla qarşılıqlı əlaqələrini həm ikitərəfli, həm də inteqrasiya prosesləri vasitəsilə inkişaf etdirməyə davam edir: "Bunu etməyə davam edəcəyik və qarşılıqlı əlaqələrimizi daha da inkişaf etdirəcəyik. Ən yüksək səviyyədə tez-tez təmaslar qurulur".
TAHİR