ABŞ-da hökumət böhranı səbəbindən NATO müttəfiqlərinə və Ukraynaya 5 milyard dollardan çox silah tədarükü təxirə salınıb.
Bu arada, dünən gecə Respublikaçı və Demokrat senatorların büdcə böhranına son qoymaq üçün razılığa gəldikləri açıqlanlb.
Dövlət Departamentinin rəsmiləri bildiriblər ki, ABŞ-dakı siyasi böhran Danimarka, Xorvatiya və Polşaya göndərilməsi planlaşdırılan AMRAAM raketlərinin, “Aegis” hava hücumundan müdafiə sistemlərinin və HIMARS raket buraxıcılarının çatdırılmasında gecikmələrə səbəb olub.
"Bu, həm müttəfiqlərimizə, həm də ABŞ müdafiə sənayesinə zərər verir, çünki bu sistemlərin çoxu ixracla bağlıdır" - deyə Departament rəsmisi bildirib.
Silah ixracı sazişlərinin, qanuna görə, Konqres tərəfindən təsdiqi tələb edilir, lakin büdcə mübahisəsinə görə, Dövlət Departamentinin çoxsaylı işçilərinin məzuniyyətə göndərilməsi bu prosesi dayanmasına səbəb olb. Gecikmiş əməliyyatlar həm birbaşa hökumət satışlarını, həm də özəl müdafiə şirkətlərinə ixrac lisenziyalarını əhatə edir.
ABŞ-da 1 oktyabrda başlayan hökumətin böhranı 40-cı gününə qədəm qoyur və bu, ölkə tarixində ən uzun müddətdir. Konqresin federal büdcə razılaşmasına gələ bilməməsi səbəbindən dövlət sektorunda bir çox əməliyyatlar dayandırılıb. “Bloomberg”ə danışan iqtisadçılar bunun ABŞ iqtisadiyyatına həftədə 10 milyard ilə 30 milyard dollar arasında başa gəldiyini təxmin edirlər.
TAHİR