Şimali Koreya bu gün səhər saatlarında şərq istiqamətində ballistik raket buraxıb. Bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb. Raketin növü və uçuş məlumatları dəqiqləşdirilir. Raket buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndirib.
Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreyanın buraxdığı raketin dənizdə Yaponiyanın məxsusi iqtisadi zonasından kənara düşdüyünü bildirib. Baş nazir, rəsmi Tokionun bundan narahatçılığını da gizlətməyib.
Mətləb