Norveçdə jurnalistlərə açıqlama verən Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişə tərəflərinə hazırkı cəbhə xəttində qalmaq və danışıqlara başlamaq təklifi “pis təklif deyil”.
İki lider oktyabrın 17-də Ağ Evdə görüşüb.
"Tramp bizə olduğumuz yerdə qalmağı və danışıqlara başlamağı təklif etdi. Düşünürəm ki, bu, pis razılaşma deyil, amma prezidentə dedim ki, Putinin bunu dəstəkləyəcəyinə əmin deyiləm" deyə Zelenski bildirib.
Ukrayna prezidenti əlavə edib ki, Trampla Ağ Evdə görüşü iki saatdan çox davam edib və onlar Ukraynanın özünü necə qoruyacağı, ABŞ-dan təhlükəsizlik zəmanətlərini və Ukraynanın gələcəyi üçün təhlükəsizlik zəmanətlərini necə alacağı və bunun sülh danışıqlarına keçidi müzakirə ediblər.
TAHİR