ABŞ-da federal hökumətinin qismən dayandırılması üçüncü həftdir davam etdir, belə bir vaxtda müttəfiqi Almaniya tarixi bir addım atıb. Berlin hökuməti Almaniyada ABŞ Silahlı Qüvvələrində xidmət edən təxminən 11 min mülki işçinin maaşını müvəqqəti olaraq öz büdcəsindən ödəməyə razılıq verib.
Almaniya Maliyyə Nazirliyi, oktyabr ayı maaşlarının vaxtında ödənilməsini təmin etmək üçün planlaşdırılmamış xərclərə başlanılacağını açıqlayıb.
Berlin sözçüsü ABŞ-ın maliyyə öhdəliyini yerinə yetirəcəyini bildirib: "Tramp administrasiyası bu xərcləri geri ödəyəcək. Biz inanırıq ki, ABŞ maaşları vaxtında ödəyəcək. Bununla belə, Almaniya maaşları zəmanət altına almağı qəbul etdi".
Bildirilir ki, Almaniya NATO çərçivəsində Vaşinqtona dəstək verərək, ABŞ-da hökumətin qismən dayandırılmasının Avropadakı hərbi əməliyyatlara təsir etməsinin qarşısını almaq istəyir.
ABŞ federal hökuməti səhiyyə subsidiyalarının uzadılması ilə bağlı mübahisəyə görə üç həftədir ki, qismən bağlanıb. Respublikaçılar hökuməti açıq saxlamaq üçün qısamüddətli maliyyələşdirmə layihəsi təklif ediblər, demokratlar isə “Obamacare” maliyyələşdirilməsi uzadılmadıqca qanun layihəsini dəstəkləməyəcəklərini bildiriblər.
Konqresdəki çıxılmaz vəziyyət NATO nəzdində xidmət edən yüzlərlə mülki personal üçün də maaş böhranına səbəb olub.
Almaniya Avropada ən böyük Amerika hərbi varlığına ev sahibliyi edir. Pentaqonun məlumatına görə, ölkədə 174 obyekt var. “Deutsche Welle” isə 2024-cü ilə qədər Almaniyada təxminən 50 min Amerika hərbçisinin olduğunu bildirir.
TAHİR