ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfərinin oktyabrın 27-dən 29-dək baş tutacağı gözlənilir. Bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara jurnalistlər üçün keçirdiyi növbəti mətbuat konfransında bildirib. "ABŞ prezidenti Tramp Yaponiyaya dəvət olunub. Onun səfərinin oktyabrın 27-dən 29-dək baş tutacağı gözlənilir", - deyə o qeyd edib. Mətləb Salahov