Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Macarıstanın paytaxtı Budapeştdə görüşəcək. Görüşün iki həftə ərzində baş tutacağı gözlənilir, lakin dünən bunun yaxın tarixlərdə baş tutmayacağı açıqlanıb.
Bu arada, Polşa Polşa Putinə Macarıstana gedərkən hava məkanına girməməsi ilə bağlı xəbərdarlıq edib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski nildirib ki, Putin Macarıstana gedərkən Polşanın hava məkanından keçsə, təyyarəsi yerə endirilib həbs ediləcək
“Müstəqil Polşa məhkəməsinin hökumətə belə bir təyyarənin müşayiət edilərək şübhəli şəxsin Haaqa məhkəməsinə təhvil verməsi barədə göstəriş verməyəcəyinə zəmanət verə bilmərəm”.
"Düşünürəm ki, Rusiya tərəfi bundan xəbərdardır. Ümid edirik bu sammit hücum qurbanlarının iştirakı ilə reallaşarsa, təyyarələr başqa marşrutla hərəkət edəcək", - deyə Sikorski “Radio Rodzina”ya bildirib.
TAHİR