Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Marko Rubio arasında bu həftə gözlənilən görüş təxirə salınıb. Bu barədə Ağ Evin sözçüsünə istinadən CNN telekanalı məlumat yayıb. SİTAT: "Ağ Evin sözçüsü CNN-ə bildirib ki, Rubionun rusiyalı həmkarı Sergey Lavrov ilə gözlənilən görüşü hələlik təxirə salınıb", - məlumatda deyilir. Təxirə salınmanın səbəbləri hələ məlum deyil.
Mətləb Salahov