Hesab etmirəm ki, Budapeşt ABŞ və Rusiya liderlərinin Ukraynadakı vəziyyəti müzakirə edəcəyi ən yaxşı məkandır... Çünki orada söhbət Ukraynada sülhün bərqərar olmasından gedəcək, Macarıstanda keçirilən seçkilərdən yox.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə ABŞ və Rusiya liderləri Donald Trampla Vladimir Putinin Budapeştdə keçiriləcək görüşünə münasibət bildirərkən deyib.
Ukrayna lideri əlavə edib ki, belə görüş üçün digər layiqli məkanlar mövcuddur. Onların arasında İsveçrə, Avstriya, Vatikan, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi ölkələr var.
Zelenski, həmçinin vurğulayıb ki, Macarıstanın Baş naziri ukraynalılar üçün heç bir müsbət addım ata bilməz.
ZÜMRÜD