İsrailin baş naziri Benyamin Netanyahu Əsədin devrilməsindən sonra Suriyanın cənubunda ələ keçirdikləri ərazilərdən çəkilməyəcəklərini bəyan edib.
Kanal 14-də çıxış etdiyi proqramda sualları cavablandıran Netanyahu Suriyada qalacaqlarını bildirib: “Suriyada və Hermon dağında qalmağa davam edəcəyik”.
Suriyanın cənub-qərbinin silahsızlaşdırılması ilə bağlı Şamla danışıqların davam etdiyini deyən Netanyahu, druzlarla da əlaqələrin davam edəcəyini bildirib. Netanyahu dürziləri qorumağa çalışdıqlarını iddia edib: "Dürzi qardaşlarımızın qətliamına icazə verməyəcəyik".
Əsəd rejiminin devrilməsindən sonra İsrail ordusu bufer zonası daxilindəki və bufer zonadan kənarda Suriya ərazilərini ələ keçirməyə başlayıb. Bölgədə və onun ətrafında olan Suriya vətəndaşları İsrailin onların ərazilərinə soxulduğunu, nəzarət-buraxılış məntəqələri qurduğunu, icazəsiz həbslər apardığını, evlərə basqın etdiyini və yolları bağladığını bildirib. İsrail ordusunun ələ keçirdiyi ərazilər arasında Suriyanın cənubunda strateji əhəmiyyətli Hermon dağı da var.
TAHİR