ABŞ prezidenti Zelenski ilə görüşündən sonra “Social Truth” hesabında hər iki tərəfi müharibəni dayandırmağa çağırıb. “Hazırda olduqları yerdə durmalıdırlar. İkisi də qələbəsini elan etsin, qoy qərarı tarix versin!" Trampın mesajında bildirib:
Tramp daha sonra yazır: “Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüm çox maraqlı və mehriban keçdi.
Prezident Putinə tövsiyə etdiyim kimi, ona dedim ki, bu qətllər dayandırılmalı və sövdələşmə aparılmalıdır! Kifayət qədər qan töküldü, sərhədlər indi müharibə və cəsarətlə müəyyən edilir.
Olduqları yerdə dayanmalıdırlar. hər İkisi də qələbəsini elan etsin, qoy qərarı tarix versin! Artıq atəş, ölüm, böyük pullar xərclənməsin”.
TAHİR