ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Müharibəni bitirmək istədiklərini deyən Tramp xəbərdarlıq edib ki,əgər müharibəni qızışdırmağa çalışsalar, çox pis şeylər baş verəcək.
Tramp Ukraynaya “Tomahawk” raketləri verilməsinə isə “yaşıl işıq” yandırmayıb: "Son dörd il ərzində Ukraynaya çox müxtəlif şeylər verdik. Bu, puldan da vacib şeylər. Biz istəyirik ki, bu müharibə bitsin. Bunları təmin etmək asan deyil. Çünki bizim də “Tomahawk” lara da ehtiyacımız var. Bu problemdir. Puldan da kənara çıxır. “Tomahawk”la və Ukraynaya göndərdiyimiz bir çox silaha ehtiyacımız var. Çox güman ki, Ukraynaya “Tomahawk” verməyi düşünməyə ehtiyac olmadan müharibəni bitirəcəyik. Ümid edirəm ki, “Tomahawk” göndərməyə ehtiyac qalmayacaq.
“Tomahawk” lar çox təhlükəli silahlardır. Onlar inanılmaz silahlardır. Müharibə istəyirsənsə, onlar ən yaxşı silahlardır. Çox uzağı, sualtı qayıqları vururlar. Təbii ki, müharibə qızışarsa, çox pis hadisələr baş verə bilər. Biz çox güclü ölkəyik. Çox güclü ordumuz var. Dünyanın ən güclü silahlarına sahibik.
…Biz bu müharibəni tez bitirməliyik. Mən Putinlə də danışdım. Nə olacağını görəcəyik”, - deyə o bildirib.
Birçok farklı tipte silahı Avrupa Birliği'ne de satıyoruz. Bu noktada binlerce insan haftada hayatını kaybediyor. Çoğunlukla da askerler. Hızlı bir şekilde bu savaşı sonlandırmamız lazım. Putin'le de dün görüştüm. Ne olacağını göreceğiz".
TAHİR