ABŞ-ın vitse-prezidenti Vens bildirir ki, Rusiya və Ukrayna sülh sazişi üçün hazır deyillər. Onun sözlərinə görə, aylarla davam edən danışıqlara baxmayaraq, tərəflərdən heç biri sülh razılaşmasına nail olmaq istəmir.
“ABŞ prezidentinin fəal diplomatiyası xalqı bir məxrəcə gətirə bildiyi qədər, sonda, razılığa gəlmək üçün iki tərəf lazımdır. Bütün səylərimizə baxmayaraq – və biz bunun üzərində işləməyə davam edəcəyik – ruslar və ukraynalılar razılığa gələ biləcəkləri mərhələdə deyillər”, – deyə Vens bildirib.
Onun sözlərinə görə, razılığa gəlmək mümkündür, amma bunun üçün daha çox iş lazım olacaq: “Məncə, gözləntilərdə əsaslı uyğunsuzluq var, çünki ruslar döyüş meydanında əslində daha güclü olduqlarını düşünürlər”.
Vensin dediyinə görə, müəyyən irəliləyiş əldə olunmasına baxmayaraq, məhz bu amil danışıqlar prosesini çətinləşdirir. Onun dediyinə görə, bu irəliləyiş Trampın xarici siyasətinin nəticəsidir və əvvəlki administrasiyadan fərqlənir.
TAHİR