ABŞ prezidenti Tramp sabah Ağ Evdə Ukrayna prezidenti Zelenski ilə görüşdən bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Tramp Putinlə çox məhsuldar görüş keçirdiyini deyib: “O, məni və ABŞ-ı Yaxın Şərqdə əldə edilmiş sülh münasibəti ilə təbrik etdi və bunun Rusiya-Ukrayna müharibəsini bitirməyə kömək edə biləcəyini söylədi.
Biz müharibədən sonra ticarəti müzakirə etdik və yüksək səviyyəli məsləhətçilərimizin gələn həftə görüşməsi barədə razılığa gəldik”.
Trampın sözlərinə görə, Birləşmiş Ştatların ilkin görüşlərinə Dövlət katibi Marko Rubio və digər vəzifəli şəxslər rəhbərlik edəcək: “Bundan sonra Prezident Putinlə mən razılaşdırılmış yerdə, Budapeştdə, Macarıstanda görüşərək müharibənin dayandırılmasını müzakirə edəcəyik”.
Əhəmiyyətli irəliləyiş əldə olunduğunu deyən ABŞ prezidenti bu gün Oval ofisdə Zelenski ilə Putinlə telefon danışığını müzakirə edəcəklərini bildirib.
Ağ Ev də görüşlə bağlı açıqlama verərək, görüşün yaxşı və məhsuldar keçdiyini bildirib.
TAHİR