Ermənistanda Kilsə təmsilçilərinin kütləvi həbsi davam edir. Bu dəfə İrəvanda məhkəmə Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin qohumu, Araqasotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtıç Proşyanı 2 ay müddətinə həbs edib. Yepiskopun vəkili Yerem Sarkisyan bu barədə erməni mediasına bildirib. Bundan əvvəl yeparxiyanın dəftərxana rəhbəri Qaregin Arsenyanın həbs edildiyi məlum olub.
Mətləb