ABŞ-ın rəhbərlik etdiyi Qəzza zolağının bərpası və atəşkəsin monitorinqi üzrə Koordinasiya Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq. "ABC News"-un xəbərində deyilir ki, mərkəz Qəzzanın şimal-şərqində, İsrail ərazisində yerləşəcək. Onun dəqiq yeri açıqlanmır. Sadəcə məlumdur ki, mərkəz İsrailin hərbi bazasında yerləşməyəcək ki, Fələstin anklavının bərpasında iştirak edən digər ölkələrin rəsmiləri mərkəzə çıxış əldə edəcəklər. Mərkəzə ABŞ-ın general-leytenantı rəhbərlik edəcək. Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev ABŞ Prezidentinin Qəzza zolağında münaqişənin həllinə yönəlmiş "hərtərəfli planını" açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və digər məsələlərlə yanaşı, Fələstin anklavında müvəqqəti xarici administrasiyanın tətbiqini və orada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. Oktyabrın 9-da Tramp İsrail və HƏMAS nümayəndələrinin Misirdəki danışıqlardan sonra sülh planının birinci mərhələsi üzrə razılıq əldə etdiklərini açıqlayıb.
Mətləb