Belarusun "Səs" televiziya şousunun keçmiş iştirakçısı Vera Kravtsova Myanmada vəhşicəsinə öldürülüb. Belə ki, 26 yaşlı Minsk sakini model biznesində işləmək üçün Tailanda səfər edib. Lakin qız beynəlxalq insan alveri sxeminin qurbanı olub. Kravtsova aldadılaraq sentyabrın 20-də Myanmaya aparıldıqdan sonra əmək kölələliyinə məruz qalıb. Qız burada tanışlıq saytlarında saxta profillər yaratmağa məcbur edilib.
Onunla əlaqə oktyabrın 4-də kəsilib. Qızı qaçıranlar onun qohumlarından 500 min dollar tələb ediblər. Daha sonra məlum olub ki, cinayətkarlar Veranı öldürüb, nəşini də yandırıblar. Sən demə, qızın orqanları satılıb və külləri məhv edilib.
Mətləb