Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin iddia etdi ki, Sovet İttifaqı Kommunist Partiyası Mixail Qorbaçovu Nobel Sülh Mükafatına layiq görüləndən dərhal sonra partiyadan xaric etməli idi.
Volodin mükafatın “dövlətləri məhv edən insanlara” verildiyini iddia edib və bildirib ki, Qorbaçov elə həmin gün partiyadan xaric edilməli idi: "Məhz 1990-cı ilin bu günündə, 35 il əvvəl Mixail Qorbaçov Nobel Sülh Mükafatını aldı. O, bu gün partiyadan xaric edilməli, bu gün baş katib vəzifəsindən uzaqlaşdırılmalı idi, o zaman, bəlkə də, ölkə ayaqda qala bilərdi", - o deyib.
O xatırladıb ki, sonuncu dəfə mükafat ölkəni vətəndaş müharibəsinə aparan müxalifətçi keçmiş Venesuela parlamentinin üzvü Maria Korina Maçadoya verilib.
Bundan əvvəl Nobel Sülh Mükafatının Maria Korina Maçadoya verildiyi açıqlanmışdı. Siyasətçi bu mükafata diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda apardığı mübarizəyə görə layiq görülüb.
TAHİR