Rusiya-Ukrayna müharibəsi davam edərkən, vasitəçilik səyləri də davam edir. ABŞ-ın müdafiə naziri Heqset münaqişə ilə bağlı yeni açıqlama verib.
Heqset NATO-dakı həmkarları ilə görüşündə Ukraynada münaqişə bitməsə, Vaşinqton Rusiyaya qarşı tədbirlər görməyə hazır olduğunu bəyan edib.
"Əgər bu münaqişə sona çatmazsa, qısa müddətdə sülh yolu tapılmasa, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyanın cəzalandırılması üçün addımlar atacaq. Əgər bu addımı atmaq lazımdırsa, ABŞ Hərbi Departamenti üzərinə düşəni etməyə hazırdır" - deyə nazir bildirib.
TAHİR