Fransa Prezidenti Makron hökumətə qarşı təqdim olunmuş etimadsızlıq təkliflərinin qəbul ediləcəyi təqdirdə, müxalifəti Milli Assambleyanı buraxacağı ilə hədələyib. Bu haqda Baş nazir Sebastyan Lökörnü hökumətin ilk iclasında deyib.
Prezident Makronun sözlərini hökumətin sözçüsü Mod Bröjon (Maud Bregeon) mətbuat konfransında belə çatdırıb: "Etimadsızlıq təklifləri, əslində, Milli Assambleyanın buraxılması deməkdir".
Makron bildirib ki, Fransa siyasi böhran yaşayır, lakin hələ rejim böhranına çevrilməyib. Buna görə də kompromislər vacibdir və institusional sabitliyi qorumaq əsas məqsəd olmalıdır.
Hökumətə qarşı etimadsızlıq təklifləri “Əyilməz Fransa” (La France Insoumise -LFI) və Milli Birlik (Rassemblement National-RN) partiyaları tərəfindən təqdim olunub. Bu təkliflər oktyabrın 17-də Milli Assambleyada müzakirəyə çıxarılacaq.
Bröjon isə deyir ki, əgər hökuməti cəzalandırmaq istəyirlərsə buyursunlar, amma bunu konkret mətn və açıq debat əsasında etsinlər. Gələcəyi olmayan siyasi böhranlarla yox.
Qeyd edək ki, Fransa siyasi arenasında gərginlik maksimum həddə çatıb. Makronun Milli Assambleyanı buraxma təhdidi hökumətin taleyinin parlament debatlarından asılı olduğunu göstərir.
ZÜMRÜD