Fələstinin HƏMAS hərəkatı çərşənbə günü daha dörd əsirin cəsədini İsrailə təhvil verməyi planlaşdırır. “The Times of Israel” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Bununla da, HƏMAS-ın İsrailə qaytaracağı cəsədlərin sayı 12-yə çatacaq. Daha 16 cəsədin isə hələ də Qəzza sektorunda qaldığı bildirilir.
Hərəkat bəyan edib ki, bütün cəsədləri qaytarmaq üçün xeyli zaman tələb olunur. Belə ki, bəzi cəsədlər İsrail ordusunun bombaladığı binaların və tunellərin dağıntıları altındadır. Həmçinin cəsədlərin bir hissəsi hazırda SAXAL-ın nəzarətində olan ərazilərdə yerləşir.
Mətləb Salahov