İsveç hakimiyyəti müharibə təhlükəsi perspektivi ilə ölkənin şimalında strateji əhəmiyyət kəsb edən dörd rayon üçün taxıl ehtiyatlarının alınmasına göstəriş verib. İsveç hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, ehtiyat taxıl anbarları İsveçin dörd ən şimal qraflığında (rayonlarında) - Norrbotten, Västerbotten, Västernorrland və Jamtlandda yaradılacaq. Taxıl alışı üçün büdcədən 575 milyon İsveç kronu (təxminən 60 milyon dollar) ayrılacaq.
Layihənin mahiyyəti ondan ibarətdir ki, taxıl ehtiyatları daim istifadəyə yararlı vəziyyətdə qalması üçün mütəmadi olaraq yenilənməlidir. Xarici medianın yazdığına görə, İsveç hökümətinin bu addımı daha çox Rusiya təhlükəsi barədə çoxalan məlumatlar fonunda baş verir. Maraqlısı odur ki, İsveçlə yanaşı digər Avropa ölkələri də müharibəyə hazırlıq tədbirlərinə başlayıblar.
Mətləb