Dünyada yoxsullaşma sürətlə artır. BMT-nin ticarət və inkişaf agentliyi - UNCTAD nazirlərin son dörd ildəki ən böyük toplantısı üçün Cenevrədə bir araya gəlməzdən bir həftə əvvəl bununla bağlı xəbərdarlıq edib.
Məlumatda deyilir ki, dünyanın ən yoxsul icmaları ticarət qeyri-müəyyənliyi, ağır borc yükləri və sərmayələrin azalması ilə daha çətin vəziyyətə düşür.UNCTAD oktyabrın 20-dən 24-dək İsveçrədəki iclasda ticarətdə proqnozlaşdırılma imkanlarını bərpa etmək, borc təzyiqlərini azaltmaq və real iqtisadiyyata birbaşa investisiya qoymaq üçün praktiki yollar axtaracaq.
Mətləb Salahov