ABŞ Prezidenti Donald Tramp Şarm əl-Şeyxdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında Ukrayna barədə danışıb. Tramp oktyabrın 17-də Zelenskini qəbul etmək niyyətində olub-olmaması ilə bağlı suala müsbət cavab verib: "Düşünürəm ki, bəli".
O, həmçinin Amerikanın "Tomaqavk" raketlərinin Ukraynaya tədarükünün mümkünlüyü ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Mətləb