ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında gömrük rüsumları barədfə danşıb. Ağ Ev rəhbəri bildirib ki, ABŞ qismən də gömrük rüsumlarının tətbiqi hesabına indi dünyanın ən zəngin ölkəsinə çevrilib. "İnanıram ki, indi tariflərlə biz dünyanın ən zəngin ölkəsiyik. Biz yüz milyardlarla dollar alırıq", - deyə o bildirib. Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumlar tətbiq etdiyini açıqlayıb. Amerika lideri daha sonra bəzi ölkələr üçün tarif dərəcələrinə düzəlişlər edib.
Mətləb