Avropada Rusiya xofu davam edir. Almaniyanın Xarici Kəşfiyyat Xidməti (BND) və daxili kəşfiyyat xidməti - Federal Konstitusiyanın Müdafiəsi Xidməti (BfV) Rusiyanın NATO ərazilərinə qarşı mümkün hərbi əməliyyatlarına dair xəbərdarlıq edib. Nüfuzlu “Spiegel” nəşrinin yazdığına görə, BND-nin yeni rəhbəri Martin Yeqer və BfV-nin rəhbəri Sinan Selen Almaniya parlamentinin nəzarət komitəsi qarşısında verdikləri açıqlamalarda vəziyyətin getdikcə gərginləşdiyini diqqətə çatdırıblar. M.Yeqer bildirib ki, Rusiyanın NATO-ya qarşı genişmiqyaslı hücumu 2029-cu ildən əvvəl də reallaşa bilər. “Biz elə güman etməməliyik ki, Rusiya yalnız 2029-cu ildən sonra hərəkətə keçəcək. Biz artıq bu gün atəş altındayıq”, - deyə o, vurğulayıb. Xidmət rəhbəri əlavə edib ki, Moskvanın məqsədi NATO-nu zəiflətmək, cəmiyyətləri parçalamaq və lazım gələrsə birbaşa hərbi qarşıdurmaya da girməkdir.
Mətləb