Qəzzada tarixi bir gün yaşanır. İsrail və HƏMAS arasında həftələrlə davam edən danışıqlardan sonra qüvvəyə minən atəşkəs çərçivəsində məhbus mübadiləsi tamamlanıb.
Razılaşmanın bir hissəsi olaraq, HƏMAS tərəfindən saxlanılan bütün israilli girovlar azad edilib, İsrail də ömürlük həbs cəzası çəkənlər də daxil olmaqla, yüzlərlə fələstinli məhbusu azad edib. Mübadilənin başa çatması "sülh üçün yeni başlanğıc" kimi qiymətləndirilir.
TAHİR