Qəzzada tarixi bir gün yaşanır. HƏMAS atəşkəs razılaşması çərçivəsində bütün girovları azad edib. Ardınca İsrail Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bəziləri ömürlük həbsə məhkum edilmiş 96 fələstinli məhbusu azad edib.
Xatırladaq ki, HƏMAS razılaşma çərçivəsində 20 məhbusu Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verərək sağ qalan bütün israilli məhbusları azad edib.
Bu arada, Misirdən Qəzzaya humanitar yardım aparan yük maşınları atəşkəs razılaşmasından sonra Rəfah sərhəd keçid məntəqəsindən keçməyə başlayıb.
TAHİR