Suriyanın prezidenti Əhməd əş-Şaraa yenə müzakirə mərkəzinə çevrilib. Bu dəfə qoluna taxdığı bahalı saatlarla. Suriya liderinin son günlərdə təxminən 55 min dollar dəyərində olan “Patek Philippe World Time Chronograph Ref. 5930G” markalı saatla çəkilmiş görüntüləri ölkəsində ciddi narazılıq yaradıb. Sosial media istifadəçiləri prezidenti “xalqın vəziyyətindən uzaq olmaqda” və “lüks həyat tərzi sürməkdə” ittiham ediblər. Nüfuzlu xarici KİV-lərin yazdığına görə, lüks brendin 2016-cı ildə təqdim etdiyi bu model, dünya vaxtı funksiyasını xronoqraf mexanizmi ilə birləşdirən ilk müasir dizayn kimi tanınır. Qeyd olunur ki, saatın gövdəsi ağ qızıldan hazırlanıb və yüksək dəqiqlikli mexaniki sistemə malikdir.
Mətləb