Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağına 1 milyon insan üçün ərzaq çatdırıb. Bu barədə qurumun "X"dəki səhifəsində yayılmış bəyanatında bildirilib. "Atəşkəs razılaşmasının ilk günlərində UNRWA bir milyon insanı - anklav əhalisinin yarısını yedirtmək üçün kifayət qədər ərzaq gətirdi. Bizim onları çatdırmaq üçün ehtiyatlarımız, resurslarımız və kadrlarımız var", - paylaşımda deyilir.
Mətləb